“Marsel” yenə xal itirdi

Fransa Liqa 1-də 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun oyunları 2 günü əhatə edəcək. Tura “Lion” – “Nant” matçıyla start verilib. Meydan sahibləri bu görüşdə məğlubiyyətlə üzləşiblər.

PSJ bu turda “Bordo” səfərinə yollanıb. Paris təmsilçisi yenə Neymarın vurduğu yeganə qol sayəsində qələbəni bayram edib.”Monako” isə “Brest”i qəbul edib. Mövsümə uğursuz başlayan knyazlıq təmsilçisi ardıcıl ikinci qələbəsini rəsmiləşdirib.

“Strasburq” doğma meydanda “Monpelye”ni minimal hesabla məğlub edib. “Sent-Etyen” isə səfərdə “Nim”ə oxşar hesabla qalib gəlib. “Marsel” də “Renn”lə ev oyunundan heç-heçə ilə ayrılıb.

Fransa Liqa 1, 8-ci tur

28 sentyabr

Lion – Nant 0:1
Qol
: Marsal, 59-öz qapısına.

Bordo – PSJ 0:1
Qol
: Neymar, 70.

Anje – Amyen 1:1
Qol
: Aliui, 83 – Mendoza, 13.

Mets – Tuluza 2:2
Qol
: Diallo, 5. Niane, 90-pen – Said, 86. Koloris, 90+6.

Monako – Brest 4:1
Qol
: Ben Yedder, 27. Slimani, 62-pen. Martins, 73. Keyta, 90 – Mendi, 77.

Nitsa – Lill 1:1
Qol
: Dolberq, 13 – Arauxo, 24.

Reyms – Dijon 1:2
Qol
: Xavalerin, 17 – Tavares, 19. Balde, 48.

29 sentyabr

Strasburq – Monpelye 1:0
Qol
: Ayorke, 25.

Nim – Sent-Etyen 0:1
Qol
: Debuşi, 68.

Marsel – Renn 1:1
Qol
: Kaleta-Çar, 52 – Sakai, 19-öz qapısına.

Bombardir: Habib Diallo (Mets), Viktor Osimhen (Lill), Mussa Dembele (Lion) – 6 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button