Bu gün Çempionlar Liqasının final oyunu keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasının final oyunu keçiriləcək.

Komanda.az xəbər verir ki, həlledici matçda İspaniyanın “Real” komandası ilə Almaniya təmsilçisi “Borussiya” (Dortmund) qarşılaşacaq.

Oyun Londondakı “Uembli” stadionunda keçiriləcək və saat 23:00-da başlayacaq.

Bu, Çempionlar Liqası tarixində 69-cu final olacaq. Turnirin ən titullu klubu “Real”dır. “Kral klubu” 14 dəfə kuboku qazanıb.

Madridlilər sonuncu dəfə 2022-ci ildə Çempionlar Liqasının qalibi olub.

“Borussiya” isə 1997-ci ildə Çempionlar Liqasının qalibi adını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button