1-ci turun püşkü atıldı

Bu gün Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqanın 2019-2020-ci il mövsümünün püşkatma mərasimi keçirilib.

Komanda.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, komandalara əsasnamədə edilmiş yeniliklərlə bağlı məlumat verilib, suallar cavablandırılıb. Ötən illə müqayisədə Yüksək Liqada bu dəfə 7 yox, 10 komanda qalib adı uğrunda mübarizə aparacaq.

Mövsüm 3 dövrədən ibarət olacaq. “İlk 4-lük”də yer alacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaq. Bundan başqa, cari mövsümdə legioner limiti tətbiq ediləcək. Komandalar iştirak ərizəsinə maksimum 7, oyunun protokoluna isə 5 legioner futzalçının adını daxil edə bilər.

Matçın protokoluna bir nəfər 2000-ci il və daha gənc yerli oyunçunun adının daxil edilməsi isə vacibdir.

Püşkün nəticəsinə əsasən, çempionatın birinci turunun təqvimi aşağıdakı kimidir:

Futzal,Yüksək Liqa, 1-ci tur

11 sentyabr

“Bakı” TFK – “Yasamal” İSK
“Araz” – “Baku Fire”
“Xızı Futzal” – “Record club”
“Premier” (Quba) – EKOL
“Marafon” FK – “Neftçi”İK

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button