Bundesliqada heç-heçələr günü

Futbol üzrə Almaniya Bundesliqasında 24-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Autsayder “Şalke” doğma meydanda “Maynts”ı qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb.

Turnir cədvəlinin üçüncü sırasında yer alan “Volfsburq” səfərdə “Hoffenhaym”la qarşılaşıb və məğlubiyyətlə üzləşib. “Leyptsiq” isə “Frayburq”un qonağı olub və darmadağınla qalib gəlib.

Turun mərkəzi görüşü Münhendə keçirilib. Lider “Bavariya” bu tur çərçivəsində Dortmund “Borussiya”sını qəbul edib. Altı qolun qeydə alındığı qarşılaşmada Münhen təmsilçisi inamlı qələbəyə sevinib.

Sonuncu oyun günündə iki qarşılaşma baş tutub. “Köln” – “Verder” matçında tərəflər meydanı hərəyə bir qolla tərk ediblər. “Arminiya” – “Yunion” görüşündə isə qapılara ümumiyyətlə qol vurulmayıb.

Almaniya Bundesliqası, 24-cü tur

5 mart

Şalke – Maynts 0:0

6 mart

Borussiya M – Bayer 0:1
Qol
: Şik, 77.

Ayntraxt – Ştutqart 1:1
Qol
: Kostiç, 69 – Kaladziç, 68.

Frayburq – Leyptsiq 0:3
Qol
: Nkunku, 41. Sorlot, 64. Forsberq, 79.

Herta – Auqsburq 2:1
Qol
: Pyontek, 62. Lukebakio, 89-pen – Benes, 2.

Hoffenhaym – Volfsburq 2:1
Qol
: Baumqartner, 8. Kramariç, 41 – Veqorst, 23.

Bavariya – Borussiya D 4:2
Qol
: Levandovski, 26; 44-pen; 90. Qoretska, 88 – Haland, 2; 9.

7 mart

Köln – Verder 1:1
Qol
: Hektor, 83 – Sargent, 66.

Arminiya – Yunion 0:0

Bombardir: Robert Levandovski (Bavariya) – 31 qol.