“Bavariya”dan çətin qələbə

Futbol üzrə Almaniya Bundesliqasında 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turnir cədvəlinin 3-cü sırasında yer alan “Bayer” Berlin səfərində “Yunion”un qonağı olub. Meydan sahibləri bu oyunda minimal hesabla qalib gəliblər.

Turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib. “Hoffenhaym” – “Arminiya” və “Köln” – “Herta” matçlarında qapılara qol vurulmayıb. “Volfsburq” – “Leyptsiq”, “Ştutqart” – “Borussiya” (Münhenqladbax) oyunları da heç-heçə bitib. Dortmund “Borussiya”sı da “Maynts”la ev oyunundan xal itkisi ilə ayrılıb. Günün yeganə qalibi “Auqsburq”u iki cavabsız qolla məğlub edən “Verder” olub.

Lider “Bavariya” bu tur çərçivəsində “Frayburq”u qəbul edib və çətin qələbəyə sevinib. Heyətini “Real”ın hücumçusu Luka Yoviçlə gücləndirən “Ayntraxt” (Frankfurt) isə bu tur çərçivəsində “Şalke”ylə üz-üzə gəlib. Frankfurt klubu məhz Yoviçin dublu sayəsində bu oyundan inamlı qələbə ilə ayrılıb.

Almaniya Bundesliqası, 16-cı tur

15 yanvar

Yunion – Bayer 1:0
Qol
: Toyxert, 88.

16 yanvar

Hoffenhaym – Arminiya 0:0

Köln – Herta 0:0

Volfsburq – Leyptsiq 2:2
Qol
: Veqorst, 22. Şteffen, 35 – Mukiele, 5. Orban, 54.

Verder – Auqsburq 2:0
Qol
: Selassie, 84. Aqu, 87.

Borussiya D – Maynts 1:1
Qol
: Munye, 73 – L.Öztunalı, 57.

Ştutqart – Borussiya M 2:2
Qol
: N.Qonsales, 58. Vamanqituka, 90+6-pen – Ştindl, 35-pen. Zakaria, 61.

17 yanvar

Bavariya – Frayburq 2:1
Qol
: Levandovski, 7. Müller, 74 – Petersen, 62.

Ayntraxt – Şalke 3:1
Qol
: A.Silva, 28. Yoviç, 72; 90+1 – Hoppe, 29.

Bombardir: Robert Levandovski (Bavariya) – 20 qol.