“Bu, çox xoş bir hissdir” – Messi

İspaniya La Liqasının son turunda “Betis”ə 4:1 hesabı ilə qalib gələn “Barselona”nın hücumçusu Lionel Messi, matçdan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, oyunda het-tik edən argentinalı futbolçu, vurduğu 3-cü qoldan sonra rəqib azarkeşlər tərəfindən alqışlanması haqqında danışıb:

“Bundan əvvəl rəqib azarkeşlər tərəfindən belə alqışlandığımı xatırlamıram. Bu, çox xoş bir hissdir. “Betis” azarkeşləri hər zaman möhtəşəmdir və onlar oyundan zövq alırlar. Verdikləri reaksiyaya görə insanlara minnətdaram”.

31 yaşlı hücumçu, turnir cədvəlinin ikinci pilləsində olan “Atletiko” ilə xal fərqinin 10-a yüksəlməsi haqqında da danışıb:

“Bu, çox vacib bir qələbə idi. “Atletiko”nun xal itirdiyi turda qələbə qazanmağa məcbur idik. Amma hələ bitən bir şey yoxdur. Qələbə qazanmağa davam etməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button