“Braqa”nın kapitanı “Qarabağ”la matçda olmaya bilər

“Braqa”nın futbolçusu Rikardo Orta UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la bu gün keçiriləcək oyunu buraxa bilər.

Komanda.az “ojogo.pt” saytına istinadən xəbər verir ki, kapitan komandanın dünənki məşqində iştirak etməyib.

29 yaşlı hücumçu fiziki problemlər ucbatından kollektivdən ayrı zalda hazırlıq keçib. Ortanın ev matçında iştirakı sual altına düşüb.

Braqada keçiriləcək qarşılaşma saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button