“Böyük Dəbilqə”: Daha 4 cüdoçu mübarizəyə başlayacaq

Bu gün Azərbaycanın daha dörd cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə”də mübarizəyə başlayacaq.

Komanda.az xəbər verir ki, yarışın ikinci günündə 73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov 1/16 final mərhələsində Bilal Çiloğlu (Türkiyə) ilə, eyni çəkidəki Vüsal Qələndərzadə 1/32 finalda Adil Osmanovla (Moldova) üz-üzə gələcək.

81 kq-da yarışan Elcan Hacıyev 1/16 finalda Laçlan Morhed (Böyük Britaniya) / Mohab Elhanas (Kanada) cütünün qalibi ilə görüşəcək. Bu çəkidəki Zelim Tçkayev eyni raundda Cavad Sardidinin (Səudiyyə Ərəbistanı) müqavimətini qırmağa çalışacaq.

Azərbaycan “Böyük Dəbilqə”də 13 idmançı ilə təmsil olunur. Yarışa oktyabrın 23-də yekun vurulacaq. Daha əvvəl 60 kq çəki dərəcəsindəki Balabəy Ağayev bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button