Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb.
Komanda.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan 28 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə özbəkistanlı Şerməhəmməd Jandreyevi məğlubiyyətə uğradıb.
Bu, Azərbaycanın “Böyük dəbilqə”də ikinci medalı olub. Martın 6-da Rüstəm Orucov (73 kq) da bürünc medal qazanıb.
Cüdo millimiz yarışa 10 kişi və 2 qadın idmançı ilə qatılıb.
“Böyük dəbilqə” turnirinə bu gün yekun vurulacaq.