“Böyük dəbilqə”: Azərbaycan cüdoçuları ilk görüşlərində qələbə qazandı

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində bu gün Azərbaycanın son üç cüdoçusu tatamiyə çıxıb.

Komanda.az xəbər verir ki, onların hamısı kişilərin mübarizəsinə qatılıb. 90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev ilk görüşündə qırğızıstanlı Erlan Şerovu 3 dəqiqəyə ipponla məğlub edib. Onun 1/8 finalda rəqibi böyük britaniyalı Maks Stüart olacaq.

100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri 1/16 finalda italiyalı Vinçentso D Arkonu 2 dəqiqə 38 saniyəyə ipponla yenib. Onun növbəti rəqibi rusiyalı Anton Krivobokov olacaq.

100 kq çəkidə Aslan Mirzəyev 1/16 finala təsadüf edən ilk görüşündə monqolustanlı Otqonbatar Lxaqvasurenlə qarşılaşacaq.

Cüdo millimiz yarışa 10 kişi və 2 qadın idmançı ilə qatılıb.

“Böyük dəbilqə” turnirinə bu gün yekun vurulacaq.