ÇL: “Borussiya” qələbəyə layiq idi”

“Nyukasl”ın qapıçısı Nik Pope Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Borussiya”ya (Dortmund) məğlubiyyətdən (0:2) danışıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ingilis qolkiper ilk qolun əsas məqam olduğunu bildirib:

“Biz məyusuq. “Borussiya” qələbəyə layiq idi. Fikrimcə, ilk qol bu oyunda əsas məqam oldu. Onlar üstünlüyü əldə etdilər və bundan tam yararlandılar”.

“Nyukasl” 4 turdan sonra 4 xalla turnir cədvəlində sonuncudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button