“Biz onunla xoşbəxtik” – Benzema

İspaniya La Liqasının son turunda “Atletik”i 3:0 hesabı ilə məğlub edən “Real”ın hücumçusu Kərim Benzema, matçdan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, oyundakı hər üç qolun müəllifi olan 31 yaşlı futbolçu, Zinəddin Zidanın “Real”a qayıtması haqqında danışıb:

“Zidanın komandaya dönüşü bizim üçün çox şey deməkdir. Biz onunla xoşbəxtik”.

Fransalı futbolçu, komandaya yeni hücumçunun transfer olunub-olunmayacağı ilə bağlı suala belə cavab verib:

“Bunlar klub rəhbərliyinə veriləcək suallardır. Mənim üçün əhəmiyyəti yoxdur. Mən daha çox meydanda nə edəcəyimə və komandama necə kömək edə biləcəyimə diqqət yetirirəm”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button