“Bizə böyük təzyiq var” – Vüqar Əsgərli

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 9-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Dünənki möhtəşəm qələbəyə görə başda Qurban Qurbanov olmaqla bütün “Qarabağ”ı təbrik edirəm. Bu matça gəlincə, ağır oyun olacağını bilirdik. “Zirə”də keyfiyyətli yerli və xarici futbolçular var. Rəqibi analiz etmişdik. Uşaqlara lazım olan tapşırıqları vermişdik. Təəəsüf ki, son dəqiqələrdə standart vəziyyətdən qol buraxdıq. Oyun baxımından pis keçmədi. Uşaqlar istədiklərimizin 70-80 faizini meydanda göstərdilər. Amma çox xallar itirmişik. Belə fikir formalaşıb ki, “Şamaxı” Premyer Liqanı tərk edəcək. Bizə çox təzyiqlər var. Mən belə düşünmürəm. Bizdən irəlidə olan komandalarla 2-3 xallıq fərq var. Oyunlarımızı analiz edib, yaxşı hazırlaşaraq bu fərqi aradan qaldıra bilərik. Yerli futbolçular axtarıb, komandanı gücləndirib, “Şamaxı”nı Premyer Liqada saxlayacağıq. Əlbəttə, istərdik, legionerlər də olsun.
  • Komandada təcrübə çatışmazlığı görünür. Boşda kifayət qədər təcrüəbli oyunçular var. Onlara niyə şans vermirsiz?
  • Bəli, komandada təcrübə çatmır. Gəncdirlər və ilk dəfə Premyer Liqada oynayırlar. Onların üzərində çox düşmək də olmaz. Qışda baxıb, bir qərara gələcəyik. Legioner olmasa, yerli təcrübəli oyunçular götürə bilərik.
  • Hansısa klubda ehtiyada qalan futbolçulardan kimisə icarəyə götürmək variantını nəzərdən keçirirsiz?
  • Bütün klublara baxırıq. Axtarışdayıq. İnşallah, yaxşı futbolçular tapacağıq.
  • Hər məğlubiyyətdən sonra komandanı necə motivasiya edirsiz?
  • Çox çətindir. Bizə böyük təzyiq var. Futbolçular evə məğlub kimi gedirlər. Onlara izah edirik ki, hər yenilgidən dərs çıxarmalıyıq.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button