“Onana qələbələri heç-heçəyə, heç-heçəni isə məğlubiyyətə çevirir” – Keçmiş futbolçu

“Liverpul”un keçmiş müdafiəçisi Cimi Karrager “Mançester Yunayted”in qapıçısı Andre Onananın çıxışından danışıb.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, 45 yaşlı ekspert kamerunlu qolkiperin hələ çox işi olduğunu bildirib:

“Onana hələ də baş məşqçi Erik ten Haqın güvəninə sahibdir, lakin vaxt və səbr onun tərəfində deyil. “Mançester Yunayted” üçün ən standart vəziyyətlərdə bir qapıçının davamlı olaraq bu qədər çox səhvə yol verməsi qəbuledilməzdir. Bu nə qədər çox davam edərsə, o, bir o qədər həssas olacaq. Qapıçılar çox önəmlidir. Böyük qapıçılar xüsusən də, böyük klublarda məğlubiyyətləri heç-heçəyə, heç-heçəni isə çətin qələbəyə çevirir. Onana təəssüf ki, “Mançester Yunayted” karyerasının əvvəllərində qələbələri heç-heçəyə, heç-heçəni isə məğlubiyyətə çevirir”.

Onana yay transfer pəncərəsində İtaliyanın “İnter” klubundan “qırmızı şeytanlar”a keçib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button