“Bir çox səbəblərə görə oynamağa davam edirəm” – 44 yaşlı Buffon

“Parma”nın qapıçısı Canluici Buffon peşəkar karyerasını davam etdirmək motivasiyasından danışıb.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, italiyalı qolkiper bir çox səbəblərə görə oynamağa davam etdiyini bildirib:

“Bir çox səbəblərə görə oynamağa davam edirəm. Özümü hələ də güclü və rəqabətə dözümlü hiss edirəm. İstədiyim zaman təqaüdə çıxmağa qərar verə biləcək yaşdayam, amma seçimimin həmişə bir səbəbi olub. “Parma”ya qayıtdım, çünki azarkeşlərin yenidən komandanın qapısını qoruduğum üçün necə qürur duyduqlarını görməkdən xoşbəxtəm.

Həyatımda bir çox titullar qazanmışam, amma bəzi kubokları da qazana bilməmişəm. Nə qədər yaxşı olduğumu başa düşmək üçün məsələn, səkkiz Çempionlar Liqası tituluna ehtiyacım yoxdur. Onları qazanmadan belə, mən nəyə dəyər olduğumu bilirəm”.

44 yaşlı qolkiper karyerası ərzində heç vaxt Çempionlar Liqasının qalibi olmayıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button