“Bilirik ki, çətin vaxtlar gələcək” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti jurnalistin yeni ildən sonra komandanın nəticələrinin pisləşə biləcəyi ilə bağlı sualını cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xər verir ki, italiyalı mütəxəssis futbolun sürətlə dəyişdiyini bildirib:

“Yanvar və fevral aylarında geriləmə olacaqmı? Kim bilir sabah tənəzzül olacağını? Futbol çox sürətlə dəyişir. Yaxşı dövrlər keçir, pis dövrlər gəlir. Biz bunu planlaşdıra bilmərik. Bilirik ki, çətin vaxtlar gələcək, lakin biz indiki müsbət dinamikanı davam etdirmək üçün mümkün olan hər şeyi etməliyik”.

Ançelotti 2021-ci ildən “kral klubu”nda çalışır. Onun rəhbərliyi altında Madrid komandası İspaniya çempionu, ölkə superkubokunun, Çempionlar Liqasının və Klublararası dünya çempionatının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button