“Roma” istəyir – “Barselona”nın keçmiş futbolçusunu

İspaniyanın “Betis” klubunun müdafiəçisi Mark Bartra karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “Roma”nın maraq dairəsindədir. “Canavarlar”ın Bartranı transfer etmək üçün tezliklə hərəkətə keçəcəyi deyilir.

“Betis”in ispan futbolçu üçün 20-25 milyon avro tələb edəcəyi bildirilir.

Bartra geridə qalan mövsümdə “Betis”in heyətində keçirdiyi 46 oyunda 1 qolla yadda qalıb. Onun İspaniya klubu ilə 2023-cü ilədək müqaviləsi var.

Bartra bundan əvvəl “Barselona”, “Borussiya” (Dortmund) kimi klublarda forma geyinmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button