“Beşiktaş”ın hücumçusu sıradan çıxdı

“Beşiktaş”ın futbolçusu Kayl Larin zədələnib.

Komanda.az xəbər verir ki, 26 yaşlı hücumçu Kanada yığmasının düşərgəsində zədələnib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Larin “Gold Cup” turnirinin ABŞ-la keçirilən matçının 53-cü dəqiqəsində zədələnərək, meydanı tərk edib. Onun son durumu tibbi müayinədən sonra bilinəcək.

ABŞ – Kanada matçı amerikalıların 1:0 hesablı qələbəsiylə başa çatıb.