“Benfika”nın futbolçusu “Milan”ın hədəfində

İtaliyanın “Milan” klubu “Benfika”nın futbolçusu ilə güclənə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar” “Benfika”nın futbolçusu Florentinonu heyətinə qatmaq niyyətindədir. Artıq klublar arasında yarımmüdafiəçi üçün danışıqların başladığı bildirilir. “Benfika” futbolçunun təzminat məbləğini 100 milyon avro olaraq müəyyənləşdirib. Amma italyanlar qarşı tərəflə bu məbləği aşağı salmaq üçün danışıqlar aparır.

“Benfika”nın yetirməsi olan portuqaliyalı futbolçu cari mövsümdə 13 oyunda iştirak edib. Onun klubla müqaviləsi 2024-cü ilin iyulunadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button