“Benfika” futbolçusunu icarəyə verdi

İspaniyanın “Espanyol” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, La Liqa təmsilçisi “Benfika”nın argentinalı futbolçusu Fakundo Ferreyranı icarə əsasında heyətinə qatıb. Klub 27 yaşlı forvarda 1,5 illik müqavilə imzalayıb.

Ferreyranın “Fənərbaxça”nın da hədəfində olduğu deyilirdi.

Bu mövsüm “Benfika”nın heyətində 9 oyunda çıxış edən argentinalı futbolçu, bu oyunlarda 1 qolla yadda qalb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button