Bellingemin “Real”a transferi rəsmən açıqlandı

İspaniya “Real”ı Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Çud Bellingemi transfer edib.

Komanda.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin rəsmi saytı məlumat yayıb.

20 yaşlı yarımmüdafiəçi “kral klubu” ilə 6 illik müqavilə imzalayacaq.

Madridlilər İngiltərə millisinin üzvü üçün “Borussiya”ya 103 milyon avro təzminat ödəyəcək. Oyunçunun yeni komandasında illik məvacibi isə təqribən 10-12 milyon avro təşkil edəcək.

Xatırladaq ki, Bellingem ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində 31 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button