“Bellingem asanlıqla 20-25 qol vura bilər” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın yarımmüdafiəçisi Çud Bellingemin bu mövsüm nümayiş etdirə biləcəyi performansla bağlı fikirlərini bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, ingilis futbolçunun asanlıqla 20-25 qol vura biləcəyini deyib:

“Bellingem asanlıqla 20-25 qol vura bilər. Onun qolçu olduğunu düşünmürük, amma hazırda çoxlu qollar vurur. Bununla belə, hücumçulardan da eyni şeyi gözləyirik”.

20 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 13 matçda iştirak edib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button