“Bayern” baş skautunu işdən çıxarmağı planlaşdırır
“Bayern”in skautlar departamentinin rəhbəri Markus Pilava böyük ehtimalla, postunu tərk edəcək.
Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, Pilava öz kəşfiyyat qərargahını təşkil edib, lakin hazırda bu, mənfəətdən çox, itkiyə səbəb olur.
Pilava iki ildir “Bayern”də çalışır. Bundan əvvəl o, beş il Dortmund “Borussiya”sının skaut xidmətinə rəhbərlik edib.
Erlinq Haland və Çud Bellingemin Dortmund klubuna transferini məhz Pilava təşkil edib. “Bayern”in artıq 51 matçda 54 qol vuran Harri Keyni almasında israrlı olan da Pilava idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin