Havertsdən Almaniya millisini tənqid edən sabiq futbolçuya cavab

Almaniya millisinin hücumçusu Kay Haverts, İngiltərə yığmasının sabiq futbolçusu Qari Linekerin Bundestimlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Lineker daha əvvəl DÇ-2026-da çıxış edən Almaniya millisi haqqında bunları demişdi: “Bu, indiyə qədər gördüyüm ən zəif Almaniya millilərindən biridir”.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Haverts bu sözlərə belə cavab verib:

“Hər kəsin öz fikrini bildirmək hüququ var. Mən özüm bu açıqlamanı görməmişəm. Təbii ki, belə turnirlərdə çoxu sənin haqqında danışmağa başlayır. Amma düşünmürəm ki, kimsə buna xüsusi diqqət yetirsin.

Ölkəmizdə onsuz da kifayət qədər ekspert var. Kənardan tənqid etmək həmişə asandır. Ancaq bunlar mənim üçün qətiyyən əhəmiyyət daşımır”.

DÇ-2026-nın 1/16 finalında Paraqvay millisi Almaniyanı məğlub edib. Matçın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (4:3) Paraqvay 1/8 finala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button