Mourinyo elə bir hücumçu istəyir ki…

“Real”ın yeni baş məşqçisi Joze Mourinyo komandanın gücləndirilməsi istiqamətində planlarını davam etdirir.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis klub rəhbərliyindən Xoselu tipli (“Real”ın sabiq forvardı), cərimə meydançasında oynayan klassik mərkəz hücumçusunun transferini istəyib.

Bununla belə, “kral klubu” üçün belə bir transfer hazırda prioritet hesab edilmir. Rəhbərlik düşünür ki, Qonsalo Qarsiya da bu mövqedə uğurla çıxış edə bilər.

Yekun qərarın mövsümöncəsi hazırlıq mərhələsi başladıqdan sonra veriləcəyi bildirilir. Mourinyo bütün futbolçuları yaxından dəyərləndirdikdən sonra hücum xətti ilə bağlı son qərarını verəcək.

“Real” ötən mövsümdə La Liqanı turnir cədvəlinin 2-ci pilləsində başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button