İtaliya klubları geri çəkildi, meydan “Arsenal”a qaldı

İtaliyanın top-klubları “Bolonya”nın hücumçusu Coşua Zirkzenin transferi üçün mübarizədən çəkiliblər.

Komanda.az “Give Me Sport”-a istinadən xəbər verir ki, “İnter”dən sonra “Milan” və “Yuventus” da niderlandlı futbolçunu transfer etməkdən imtina edib.

Zirkze uğrunda mübarizədə favorit “Arsenal”dır. İtaliya klubları maddi cəhətdən İngiltərə təmsilçisi ilə rəqabətə girmək şanslarının olmayacağını hiss edirlər. “Bolonya” Zirkze üçün 50 milyon avro təzminat tələb edir.

“Bayern”in sabiq hücumçusu A Seriyasında ikinci mövsümünü keçirir. 22 yaşlı futbolçu bu mövsüm İtaliya çempionatında 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button