“Qvardiola mənə futbola fərqli baxmağı öyrətdi” – Levandovski

“Bayern”in hücumçusu Robert Levandovski hazırda “Mançester Siti”ni çalışdıran Xosep Qvardiola haqda danışıb.

Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, polşalı hücumçu, ispan mütəxəssisin onun karyerasında böyük rol oynadığını deyib:

“Qvardiola mənə futbola fərqli baxmağı öyrətdi. Onunla çalışdıqdan sonra futbola tamam başqa tərəfdən baxıram. Artıq kimin necə oynadığını, harda səhv edəcəyini, harda səhv etməyəcəyini görə bilirəm. O, oyunun taktiki sirlərini mənə öyrədib”.

Qvardiola 2013-2016-cı illərdə “Bayern”i çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button