“Bayern” Levandovskini əvəzləyəcək futbolçunu tapıb

“Bayern” yayda komandanı tərk edəcəyi gözlənilən polşalı hücumçu Robert Levandovskiyə əvəzedici tapıb.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen klubu “Ştutqart”ın hücumçusu Saşa Kaladjiçin namizədliyini nəzərdən keçirir. Levandovski Münhen klubundan ayrılacağı təqdirdə, Kaladjiçlə müqavilə imzalanacaq.

Levandovski “Barselona” ilə danışıqlar aparır.

Kaladjiçin alınması “Bayern”ə 20 milyon avroya başa gələcək.

Kaladjiç bu mövsüm Bundesliqada 15 oyuna çıxıb, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button