“Kompani məşqçi üçün düzgün profilə malikdir” – “Bayern”in keçmiş futbolçusu

“Bayern”in sabiq kapitanı Filipp Lam Vensan Kompaninin komandanın “sükanı arxasına” keçmə xəbərlərinə münasibət bildirib.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, keçmiş futbolçu, Kompaninin düzgün məşqçi profilinə sahib olduğunu bildirib:

“Düşünürəm ki, Vensan məşqçi üçün düzgün profilə malikdir. O, “Mançester Siti”də kapitan kimi də məsuliyyəti öz üzərinə götürdü və Pep Qvardioladan çox şey öyrəndi. Ancaq “Bayern”ə dəvət almaq üçün yaxşı çıxış etməlisən”. 

Xatırladaq ki, Kompani əvvəlcə baş məşqçisi olduğu “Bernli”ni İngiltərə Premyer Liqasına çıxarsa da, sonradan komandanı elitada saxlaya bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button