17 yaşında Çempionlar Liqasının tarixinə düşdü

“Bavariya”nın futbolçusu Camal Musiala Çempionlar Liqasının tarixinə düşüb.

Komanda.az xəbər verir ki, “Latsio” ilə oyunda fərqlənən yarımmüdafiəçi, turnir tarixində qol vuran ən gənc ingilis futbolçu olub. Musiala 17 yaş 363 günlüyündə ÇL-də qol vurmaqla bu uğura nail olub.

“Bavariya” səfərdə “Latsio”nu 4:1 hesabıyla məğlub edib. Komandalar arasındakı cavab matçı martın 17-də keçiriləcək.

Musialanın “Bavariya” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.