“Bavariya”nın futbolçusu koronavirusdan sağaldı

“Bavariya”nın futbolçusu Benjamin Pavar koronavirusdan sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Fransız müdafiəçi koronavirusa qalib gəlib və artıq komanda ilə birgə məşqlərə qoşulub.

Pavarda fevralın 18-də koronavirus aşkarlanmışdı.