“Bavariya”nın futbolçuları koronavirus testindən keçdi

Almaniyanın “Bavariya” klubunun futbolçuları koronavirus testindən keçiblər.

Komanda.az xəbər verir ki, bütün testlərin nəticəsi mənfi çıxıb. Bu barədə “Bild” nəşri məlumat yayıb.

Qeyd edək ki, Almaniya Bundesliqasında 2019/20 mövsümünün mayın 9-dan etibarən bərpa olunması gözlənilir. Almaniya hökumətinin buna icazə verib-verməyəcəyi isə mayın 6-da açıqlanacaq qərardan sonra bilinəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button