Ən REAL namizəd

“Bayer”in baş məşqçisi Xabi Alonso cari mövsümün sonunda Bundesliqa klubundan gedə bilər.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, “Real”ın prezidenti Florentino Peres ispaniyalı mütəxəssisi “kral klubu”nun baş məşqçi postuna ən real namizədlərdən biri hesab edir.

Alonso ilə yanaşı, Maurisio Poçettinonun, Raulun və Tomas Tuxelin də adı “Real”la yanaşı çəkilir.

Paytaxt təmsilçisinin “sükanı arxasında” olan Karlo Ançelotti İspaniya kubokunda və UEFA Çempionlar Liqasında uğur qazana bilməsə, qovulacaq.

“Bayer” hazırda Almaniya çempionatının turnir cədvəlində 8-ci pillədə yer alır. Leverkuzen təmsilçisi UEFA Avropa Liqasının 1/4 finalında “Union”la (Belçika) qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button