“Barselona”nın zədəli futbolçusu sıraya döndü

Ferran Torres uzun fasilədən sonra “Barselona”nın sıralarına dönüb.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi Hans-Diter Flik bu gün UEFA Çempionlar Liqasının 8-ci turu çərçivəsində “Kopenhagen”lə (Danimarka) matç üçün heyəti açıqlayıb. Sağ ayağındakı əzələ zədəsini sağaldan ispaniyalı forvard da “Kamp Nou”da baş tutacaq oyunun iştirak ərizəsinə salınıb.

Buna baxmayaraq “Barselona”da itkilərin hələ də mövcud olduğu bildirilib. Zədəli Pedri, Qavi və Kristensenlə yanaşı, sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşən Frenki de Yonq da matçı buraxmalı olacaq.

Joao Kanselo isə turnir üçün sifariş edilməyib.

Torres ötən ay məşq zamanı əzələsindən zədə almışdı. “Barselona” – “Kopenhagen” matçı saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button