“Barselona”nın stadionunda terror aktı təhlükəsi – “el klasiko” vaxtı

İspaniyanın “Barselona” və “Real” komandaları arasında keçirilmiş “el klasiko”ların birində “Kamp Nou”da terror aktı planlaşdırılıbmış.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, dron vasitəsi ilə partlayıcı maddədən istifadə etmək istəyən Məhəmməd Yasin Amrani saxlanılıb.

O, üç il müddətinə azadlıqdan məhrum edilib. Prokurorlar əvvəlcə Amraninin terror təşkilatı ilə əlaqəsinə görə 9 il həbs olunmasını istəyib. O, 2020-ci ildən etibarən radikallaşmağa başlayıb. Prokurorlar planlaşdırılan hücumlar barədə onun onlayn fəaliyyətindən xəbərdar olub.

“Barselona”nın ev oyunlarını məhz “Kamp Nou”da keçirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button