“Barselona”nın Qarsiya planı

“Mançester Siti”nin müdafiəçisi Erik Qarsiya karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Barselona” 19 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Qarsiya üçün rəsmi danışıqlara başlamağa hazır olan katalonlar, ona görə “şəhərlilər”ə 10 milyon avro təklif edib. İngilislər bu təklifdən imtina etsə, “Barselona” qışda futbolçuyla anlaşacaq və yayda – Qarsiyanın müqaviləsi başa çatanda keçidi rəsmiləşdirəcək.

“Barselona”nın yetirməsi olan ispan futbolçu 2017-ci ildən “Mançester Siti”nin müxtəlif yaş qruplarından ibarət komandalarında oynayıb. Onun klubla müqaviləsi növbəti ilin iyununda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button