“Barselona”nın keçmiş futbolçuna “Çelsi”də vəzifə verilir

“İnter”, “Barselona” və PSJ-nin keçmiş müdafiəçisi Şerrer Maksvell “Çelsi”nin yeni idman direktoru olmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

İyunun 27-də Petr Çex London klubunun texniki direktoru vəzifəsini tərk edib. Bundan əvvəl isə Marina Qranovskaya “Çelsi”nin direktoru postunu tərk etmişdi. Bu dəyişikliklərlə əlaqədar İngiltərə klubu yeni idman direktoru axtarışındadır və keçmiş sol cinah müdafiəçisini nəzərdən keçirir.

2017-ci ildə futbolçu karyerasını bitirən 40 yaşlı Maksvell əvvəllər PSJ-nin idman koordinatoru, eyni zamanda Paris klubunun Braziliyadakı səfiri olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button