Aquero üçün vida vaxtı

“Barselona”nın futbolçusu Serxio Aquero karyerasını bitirəcək.

Komanda.az xəbər verir ki, 33 yaşlı hücumçunu qərarını bu həftə rəsmən açıqlayacaq. Bu barədə “Marca” nəşri məlumat yayıb.

Aquero La Liqanın 12-ci turunun “Alaves”lə (1:1) matçında ürək darlığı səbəbindən meydanı tərk etmişdi. 33 yaşlı futbolçuya ürəyində ritm pozğunluğu diaqnozu qoyulub və onun azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button