“Barselona” Rakitiçin yeni klubunu rəsmən açıqladı

“Barselona”nın futbolçusu İvan Rakitiç karyerasını “Sevilya”da davam etdirəcək.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xorvatiyalı yarımmüdafiəçi “Sevilya”ya transfer olunub. La Liqa təmsilçisi xorvat futbolçuyla müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalayacaq.

Rakitiç, 2011-2014-cü illər aralığında da “Sevilya”da çıxış edib. Yarımmüdafiəçi 2014-cü ildən “Barselona”da idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button