“Barselona”nın futbolçusu İngiltərə klubunda

“Aston Villa” klubu “Barselona”nın müdafiəçisi Kleman Lanqleni icarə əsasında heyətinə qatıb.

Komanda.az xəbər verir ki, İngiltərə klubu bu barədə rəsmi saytında məlumat yayıb.

Lanqle 2018-ci ildə “Sevilya”dan “Barselona”ya keçib. Onun katalonlarla hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. Ümumilikdə o, İspaniya klubunda 73 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button