Flik Xavidən narazı olan futbolçu ilə bağlı qərar verib

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yayda transferə çıxarılacağı bildirilən hücumçu Vitor Rokenin gələcəyi ilə bağlı qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu əvvəlki baş məşqçi Xavinin rəhbərliyi altında oyun vaxtının azlığından narazı idi.

Flik Rokeni növbəti mövsümdə komandada saxlamaq qərarına gəlib.

19 yaşlı futbolçu İspaniya çempionatının son mövsümündə 2 qolla yadda qalıb. “Barselona” onun üçün “Atletiko Paranaense”yə 40 milyon avro ödəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button