50 milyon avro ver, apar

“Barselona”nın müdafiəçisi Alexandro Balde ilə bağlı yay transfer planı məlum olub.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 22 yaşlı futbolçuya gələn təklifləri dəyərləndirməyə hazırdır.

Futbolçu ilə əsas maraqlanan klublardan biri “Mançester Yunayted”dir. “Barselona” ispaniyalı futbolçu üçün təxminən 50 milyon avro tələb edəcək. “Transfermarkt” isə onun dəyərini 55 milyon avro olaraq qiymətləndirir.

Balde cari mövsümdə baş məşqçi Hans-Diter Flikin rəhbərlik etdiyi komanda ilə bütün turnirlərdə 38 oyuna çıxıb və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button