“Barselona”nın 37 oyunluq seriyası qırıldı

“Barselona” İspaniya La Liqasının 23-cü turunda səfərdə “Atletik”lə qolsuz bərabərə qalıb – 0:0.

Komanda.az “Opta” saytına istinadən xəbər verir ki,  bu nəticəylə “Barselona”nın La Liqada 37 oyunluq qol seriyası qırılıb.

Belə ki, kataloniyalılar sonuncu dəfə 2018-ci ilin 11 fevralında La Liqada bir qarşılaşmanı qolsuz tərk etmişdi.

“Barselona” La Liqada 23 turdan sonra 51 xalla liderdir.