
“Barselona”dan Torreslə bağlı qərar
“Barselona” rəhbərliyi hücumçu Ferran Torresə hələlik yeni müqavilə təklifi etməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunda 26 yaşlı futbolçunun hazırkı maaşının kifayət qədər yüksək olduğunu və artırılmasına ehtiyac görülmədiyini hesab edirlər.
Bildirilir ki, klubun maliyyə problemləri olmasa belə, rəhbərlik ispaniyalı forvardın maaşını yüksəltməyi planlaşdırmır.
Torres cari mövsümdə bütün turnirlər daxil olmaqla 40 oyuna çıxıb, 16 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



