
“Barselona” bahalı transferlər üçün yeni strategiya seçib
“Barselona” maliyyə çətinliklərinə baxmayaraq, yay transfer dövründə bir neçə bahalı keçidi reallaşdırmağa çalışır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Atletiko”dan Xulian Alvares, “Çelsi”dən Joao Pedro, “Nyukasl”dan Entoni Qordon və yüksək transfer dəyərinə malik digər oyunçularla maraqlanır.
“Barselona” rəhbərliyi əvvəlcə transfer etmək istədiyi futbolçularla şəxsi razılıq əldə etməyə çalışacaq. Bundan sonra isə onların klubları ilə rəsmi danışıqlara başlanılacaq.
Klub hesab edir ki, bu strategiya daha böyük maliyyə imkanlarına sahib rəqiblərlə mübarizədə üstünlük qazanmağa kömək edə bilər.
“Barselona” 2025/26 mövsümündə La Liqanın və İspaniya superkubokunun qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



