“Barselona”dan 55 milyon avro tələb edirlər – braziliyalı üçün

“Barselona” “Lids”in hücumçusu Rapinyanı transfer etməyə çalışır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, kataloniyalılar 25 yaşlı braziliyalının transferi ilə bağlı futbolçunun agenti Deku ilə razılığa gəliblər. Amma İngiltərə klubu futbolçu üçün 55 milyon avro almaq istəyir. “Barselona” isə bu məbləği ödəməyə hazır deyil.

İngiltərə Premyer Liqasının bir neçə klubu da Rapinya ilə maraqlanır, o cümlədən “Arsenal”. Lakin onların heç biri hələ futbolçu üçün rəsmi təklif göndərməyib.

Rafinya 2021/22 mövsümündə “Lids”də 36 oyunda 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin