“Barselona” üçün həyatı çətinləşdirəcəyik – “Real”ın futbolçusu

İspaniya La Liqasının son turunda “Atletiko”ya 3:1 hesabıyla qalib gələn “Real”ın müdafiəçisi Serxio Ramos açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu, videotəkrar sisteminə (VAR) təşəkkür edib:

“Hədəfimiz xal ehtiyatımızı yaxşılaşdırmaq və liderlə aramızdakı fərqi azaltmaq idi. Bu hədəfimizi gerçəkləşdirdik. Bundan sonra nələr olacağını görəcəyik.

VAR sisteminə təşşəkkür edirəm. Futbolun daha düzgün olması üçün VAR lazımdır”.

İspan futbolçu çempionluq üçün mübarizə aparacaqlarını deyib:

“Ümidlərimiz davam edir. Hər üç turnirdə qalib gəlmək üçün mübarizə aparacağıq. Çempionluq bizi motivasiya edir. “Barselona” üçün həyatı çətinləşdirəcəyik”.

23 oyundan sonra 45 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “kral klubu”, lider “Barselona”dan 5 xal geridədir.