“Barselona” razılaşdı: Ona görə 90 milyon ödəyəcək

“Barselona” qış transfer pəncərəsi dövründə heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Ayaks”dan Frenki de Yonqu transfer etməyə yaxındır. Bu barədə Hollandiyanın “De Telegraaf” nəşri məlumat yayıb.

Xəbərdə, “Barselona”nın 21 yaşlı futbolçunun transferi üçün “Ayaks”la razılaşdığı bildirilir. Kataloniya təmsilçisi Frenki üçün klubuna 90 milyon avro ödəyəcək. Bu transfer reallaşsa, Frenki ən bahalı hollandiyalı futbolçu ünvanını əldə edəcək.

Hazırda ən bahalı hollandiyalı futbolçu Vircil Van Daykdır. “Liverpul” Van Daykı “Sauthempton”dan 84 milyon 400 min avroya transfer etmişdi.  

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button