Messi “Barselona”dan ayrılsa…

“Barselona” rəhbərliyi ilə problemləri olan Lionel Messi Kataloniya klubundan ayrıla bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı hücumçu “Barselona”dan ayrılsa, “Mançester Siti” ona rəsmi təklif göndərəcək. “Şəhərlilər” argentinalı futbolçuya illik 50 milyon funt-sterlinq ödəməyə hazırdır.

“Barselona” ilə 2021-ci ilə qədər müqaviləsi olan Messi, klubun idman direktoru Erik Abidalla mübahisə etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button