
“Real”ın prezidenti: “Barselona” normal klub olsaydı…”
“Real”ın prezidenti Florentino Peres “Barselona” ilə yaşadığı gərgin münasibətlər barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbəri əvvəllər iki klubun bir-birinə dəstək verməsinin tərəfdarı olduğunu bildirib:
“Barselona”nın Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrike Neqreyraya uzun illər ödəniş etməsi ilə bağlı ortaya çıxan məlumatlardan sonra fikrim dəyişdi. Demişdim ki, bir-birimizə kömək etməliyik. “Barselona” normal klub olsaydı, niyə də bir-birimizə dəstək verməyək? Amma məlum oldu ki, onlar 20 il ərzində Hakimlər Assosiasiyasının vitse-prezidentinə pul ödəyiblər. Həmin andan etibarən münasibətim dəyişdi. O vaxtdan bəri “Kamp Nou”ya getməmişəm. Hər şey tam aydınlaşana qədər dayanmayacam”.
“Real”la “Barselona” arasındakı münasibətlər son illərdə həm də Avropa Super Liqası layihəsi ətrafında yaranan fikir ayrılıqları səbəbindən gərginləşib.
İyunun 7-də “Real”da prezident seçkiləri keçiriləcək. Peresin yeganə rəqibi 37 yaşlı Enrike Rikelmedir.
Bizi Facebook-da izləyin



